SAM YELİ

bax səmum.
Bəlkə bu gəlişdən sonra qızın həyat çəməninə sam yeli əsməyəcək, …xüsusən Hidayətə açılması müşkül olan dərdi daha qövr etməyəcəkdi? B.Bayramov.

SAM
SAMÁN
OBASTAN VİKİ
SAM
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və sa qısaca SAM — Azərbaycan Respublikasında aparılan strateji araşdırmaların koordinasiyasını və ali dövlət hakimiyyəti orqanlarının fəaliyyətinin elmi-analitik informasiya təminatını həyata keçirən dövlət qurumudur; dövlət elmi-tədqiqat təşkilatıdır. Strateji Araşdırmalar Mərkəzinin direktoru: fəlsəfə üzrə fəlsəfə doktoru Fərhad Məmmədov, direktor müavini: filologiya üzrə fəlsəfə doktoru Gülşən Paşayeva (2018-ci ilin iyul ayınadək). 2019-cu il 14 yanvar tarixində prezident İlham Əliyevin verdiyi fərmanla mərkəz ləğv olunub. == Yaranma tarixi == Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 noyabr 2007-ci ildə imzaladığı, 648 №-li fərmanı ilə (Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin yaradılması və Nizamnaməsinin təsdiq edilməsi haqqında) yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2008-ci il tarixli Sərəncamı ilə, siyasi elmlər doktoru Elxan Nuriyev Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru vəzifəsinə təyin edilmişdir. == Missiyası == Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin missiyası Azərbaycanda və yerləşdiyimiz regionda baş verən hadisələri izləmək, analiz etmək, habelə aparılmış araşdırmalar və ya verilmiş sifarişlər əsasında dövlət orqanlarına və ölkə rəhbərliyinə məsləhətlər və tövsiyələr təqdim etməkdir.
Bayram Yeli
Vədə Yeli – Azərbaycanda bayramdan qabaq əsən yeldir. Bu yelin əsməsi önəmli bir hadisə sanılır. Azərbaycan folklorunda bu yelin əsməsindən yeddi-on gün sonra, ilin təhvili (köhnə ilin təzə ilə dəyişilməsi) sanılır. Ona görə də, onu “bayram yeli”, və ya “vədə yeli” (müjdə verən yel) adlandırırlar. == Bayram yeli folklorda == Bayram yelinin, başqa yellər (ağyel, meh) kimi olsun deyə, müəyyən bir xarakteri yoxdur, ancaq onun hadisələnməsi önəmli sayılır. Çünki qasırğa olduqda hər şeyi dəyişər. Xalq inanır ki, bu yel əsəndə “halal üşüməz amma haram üşüyər!” (halal ətli heyvanlar üşüməz amma haram ətli heyvanlar üşüyər!). İnsan da haram ətli olduğu üçün bu yeldə üşüyər. == ‌Bayram yeli Azərbaycan ədəbiyatında == Burada, örnək olaraq, Şəhriyar`ın Heydərbaba`sından bir bənd verilir: == İstinadlar == == Həmçinin bax == Meh Qaraçuxa (roman), Nasir Mənzuri.
Dan yeli
Dan yeli – Kamal Yaşarın rejissorluğu ilə 2019-cu ildə çəkilmiş qısametrajlı Azərbaycan filmi. Müharibədən əziyyət çəkən insanlardan bəhs edir. Film "Azərbaycanfilm" kinostudiyası tərəfindən çəkilmişdir. == Məzmun == Film Ermənistanla cəbhəyanı ərazidə yaşayan bir ailənin və onun timsalında müharibədən əziyyət çəkən insanlardan bəhs edir. Hekayənin əsas qəhrəmanı 6 yaşlı "Qaqaş" adlı oğlandır. Onun əsas məşğuliyyəti və sevgisi futboldur. Digər uşaqlardan balaca olduğu üçün o, elə də yaxşı oynaya bilmir və bir dəfə kəndin uşaqları onu futbol meydançasından qovurlar. İndi onun futbol oynaya biləcəyi yeganə adam atasıdır. Atası İbrahim isə keçmiş zabitdir və müharibədə bir ayağını itirib. Filmin hekayəsi ata və oğulun bir-birlərinə sevgi və fədakarlıq xətti üzərində davam edir.
Sam Dastyari
Səhənd „Sem“ Dəstyari (28 iyul 1983, Sari) — Azərbaycan əsilli Avstraliya siyasətçisi. 2013-cü ildən 2018-ci ilə qədər Yeni Cənubi Uelsi Avstraliya senatında təmsil etmişdir.
Sam Mirzə
Sam mirzə Şah İsmayıl oğlu Səfəvi (28 avqust 1518 – 1567) — Səfəvi şahzadəsi, təzkirəçi, ədəbiyyatşünas. == Həyatı == 10 sentyabr 1517-ci ildə, Şah İsmayıl Xətai və Şahbəyim Taclı Bəyimin övladı olaraq dünyaya gəlmişdir. Bəhram Mirzə Səfəvini əvəz edərək iki dəfə Xorasan hakimi və Ərdəbil hakimi olmuşdur. Şah İsmayılın qəfil ölümündən sonra 10 yaşında hakimiyyətə keçən oğlu Təhmasib mirzə feodalların, qızılbaş əmirlərinin əlində oyuncağa çevrilmişdi. İlk on il hədsiz hərcmərclik və qızılbaş tayfa başçıları arasında kəskin qanlı döyüşlər dövrü idi. Əmirlər və tayfa başçıları arasında bu qanlı çəkişmələrlə yanaşı, bir tərəfdən də osmanlılar tez-tez Azərbaycana hücum edirdi. Şahlığının 10-cu ilində — 20 yaşlarında hakimiyyəti möhkəmlətmək, ölkəni daha çox nizama salmaq istərkən Təhmasib daxildə və xaricdə böyük çətinliklərlə üzləşir. Əmirül-üməra Hüseyn xan Şamlı ən yaxşı torpaqları şamlıların əlində toplamağa çalışmaqla yanaşı, vaxtilə lələsi olduğu Sam Mirzəni hakimiyyətə keçirmək üçün Şah Təhmasibi zəhərləmək istəyir. Şah bunu eşidərək Hüseyn xanı yanına çağırtdırıb, tikə-tikə doğratdırır. Elə bu zamanlar Sam Mirzə qardaşına xəyanət edərək özünü Osmanlı sultanı Sultan Süleymanın vassalı sayır.
Yanğınsöndürən Sam
Şevval Sam
Türkdəniz Şevval Sam (16 Noyabr 1972, İstanbul), Türk aktrisa və müğənni. Sənətçi Ləman Samın qızıdır. == Həyatı == Şevval Sam, 11 noyabr 1973-cü ildə İstanbulda doğuldu.Anası Ləman Sam müğənni, atası Səlim Sam isə musiqiçidir. Özündən iki yaş böyük olan Şahnaz adlı böyük bacısı var. İbtidai və orta məktəbdə təhsil alan Hasan Ali Yücel İbtidai məktəbində, İstanbul Zincirlikuyu İnşaat Texniki və İnşaat Peşə Liseyinin bərpa şöbəsində orta məktəbdə oxudu. Ali təhsilini Marmara Universiteti Gözəl Sənətlər Fakültəsi Qrafika şöbəsində tamamladı. 1993–1999 arasında, Beşiktaşın əfsanəvi keçmiş futbolçusu, Sarı Fırtına ləqəbli Mətin Təkin ilə evləndi və bu evlilikdən Tarık Emir adlı bir oğlu oldu. Şevval Sam müxtəlif filmlərdə və seriallarda rol alıb. == Diskoqrafiya == Albomları Sek (2006) Istanbul's Secrets (2007) Qaradəniz (2008) Has Arabesk (2010) // Tək (2012) Tanqo (2012) Torpaq iyi (2015) Nanninom (2016) Single'ları "Aşk olsun" (2017) "Dinmir" (Nejat Özgür ilə) (2019) Qonaq olduğu albomlar Güldünya Mahnıları (2009; ailə içi şiddətə son kampaniyası daxilində "Kibritçi Qız" adlı mahnını səsləndirdi.) 7 ərli Hörmüz (2010;kinoteatr filmi üçün "Bu Gecə lazımdır", "Sadəcə Qullar" mahnılarını səsləndirdi.) Fikrət Şeneş Mahnıları (2019;"Sənsiz illərdə" adlı mahnını səsləndirdi.) == Filmoqrafiya == Filmlər Qağayılar və İstanbul(2002) (Dr. Pınar) Həyatın Kənarında(2007) Bu filmdə qonaq aktrisa olan Şevval Sam ben seni sevduğumi adlı mahnısını səsləndirdi.
Sam Horn
Samuel Lee Horn (2 noyabr 1963-cü ildə anadan olub) keçmiş peşəkar Amerikalı beysbol oyunçusudur. Səkkiz mövsümün bir hissəsini Major League Baseball- da (MLB) keçirmiş və Boston idman komandalarının flaqman stansiyası olan New England Sports Network- ün aparıcısı olmuşdur.
III Sam mirzə
III Sam mirzə — 1747-ci ildə Nadir şah əleyhinə Ərdəbil və Təbrizdə baş verən üsyana Səfəvi hakimiyyətini bərpa etmək uğrunda mübarizə aparan yalançı şahzadə III Sam Mirzə başçılıq edirdi. III Sam Mirzə şəhərlilərin böyük bir hissəsini öz tərəfinə çəkərək silahlı dəstələr yaratdı və onların köməyi ilə bir sıra uğurlar əldə edə bildi. Lakin III Sam Mİrzə üsyanı Nadirin əmisi oğlu Əmiraslan xan tərəfindən Təbrizdə qətlə yetirildi və üsyan yatırıldı.
II Sam mirzə
II Sam mirzə — 1743-cü ilin son rübündən etibarən I Sam mirzə tərəfindən mərkəzi hakimiyyətə qarşı qiyama Ərdəbildən Şirvana gəlmiş növbəti yalançı şahzadə — II Sam mirzə başçılıq etməyə başladı. Ona Qazıqumuqlu Surxay xanın oğlu Məhəmməd xan kömək edirdi. Nadir şah Şirvanda olan hadisələrdən narahat olduğu üçün oğlu Nəsrullah Mirzəni böyük bir qoşunla yenidən Şirvana göndərdi. Lakin döyüş nəticəsində Nəsrullah Mirzə döyüşdə ağır məğlubiyyətə uğradı. Bu məğlubiyyətdən sonra Nadir şah təcili tədbirlər görməyə məcbur oldu – şah Osmanlı dövləti ilə sülh müqaviləsi imzalayıb, əsas qüvvələrlə Azərbaycandakı üsyaları yatırtmağı qərara aldı. Yeni hərbi qüvvələr almış Nəsrullah Mirzənin qoşunu 1743-cü ilin sonlarında Ağsu yaxınlığında üsyançılarla döyüşə girdi. Ağsu yaxınlığında Şahbağı adlanan yerdə baş vermiş döyüş nəticəsində II Sam mirzəni məğlub edildi. Məhəmməd xan Dağıstana, II Sam mirzə isə Kaxetə qaçdı. II Sam mirzəni həbs edən Kaxet valisi Teymuraz onu Bərdəyə – Nəsrullah mirzənin düşərgəsinə göndərdi. 1743-cü ilin dekabrında II Sam mirzənin bir gözünü çıxartdıran Nəsrullah mirzə onu eşşəyə mindirərək, Qarsa göndərdi ki, "orada meydana çıxan yalançı "qardaşı" Səfi mirzə ilə görüşsün".
I Sam Mirzə
I Sam Mirzə — Özünü Səfəvi şahı Sultan Hüseynin oğlu kimi qələmə verən şahzadə. 1743-cü Nadir şaha qarşı üsyan qaldıran I Sam Mirzə 50 minlik qoşunla Surxay xanın müşaiyətində Şirvanın mərkəzi olan Ağsu (yaxud dövrün mənbələrində Yeni Şamaxı) şəhərini zəbt etdi. Əhali onu rəğbətlə qarşıladı. O, Nadir Şah tərəfindən qoyulmuş vergilərdən azad etdi. 1743-cü ildə Nadir şahın oğlu Nəsrullah mirzə başda olmaqla qızılbaş qoşunu Kür çayı sahilində I Sam mirzənin qüvvələrini haqladı və son nəfərinə qədər qırdı. Nəsrullah mirzə yalançı şahzadənin burnunu və qulaqlarını kəsdirmişdi.
Sam J. Jones
Sem C. Cons (ing. Sam J. Jones; d. 12 avqust 1954, Çikaqo) — ABŞ aktyoru.
Sam mirzə Səfəvi
Sam mirzə Şah İsmayıl oğlu Səfəvi (28 avqust 1518 – 1567) — Səfəvi şahzadəsi, təzkirəçi, ədəbiyyatşünas. == Həyatı == 10 sentyabr 1517-ci ildə, Şah İsmayıl Xətai və Şahbəyim Taclı Bəyimin övladı olaraq dünyaya gəlmişdir. Bəhram Mirzə Səfəvini əvəz edərək iki dəfə Xorasan hakimi və Ərdəbil hakimi olmuşdur. Şah İsmayılın qəfil ölümündən sonra 10 yaşında hakimiyyətə keçən oğlu Təhmasib mirzə feodalların, qızılbaş əmirlərinin əlində oyuncağa çevrilmişdi. İlk on il hədsiz hərcmərclik və qızılbaş tayfa başçıları arasında kəskin qanlı döyüşlər dövrü idi. Əmirlər və tayfa başçıları arasında bu qanlı çəkişmələrlə yanaşı, bir tərəfdən də osmanlılar tez-tez Azərbaycana hücum edirdi. Şahlığının 10-cu ilində — 20 yaşlarında hakimiyyəti möhkəmlətmək, ölkəni daha çox nizama salmaq istərkən Təhmasib daxildə və xaricdə böyük çətinliklərlə üzləşir. Əmirül-üməra Hüseyn xan Şamlı ən yaxşı torpaqları şamlıların əlində toplamağa çalışmaqla yanaşı, vaxtilə lələsi olduğu Sam Mirzəni hakimiyyətə keçirmək üçün Şah Təhmasibi zəhərləmək istəyir. Şah bunu eşidərək Hüseyn xanı yanına çağırtdırıb, tikə-tikə doğratdırır. Elə bu zamanlar Sam Mirzə qardaşına xəyanət edərək özünü Osmanlı sultanı Sultan Süleymanın vassalı sayır.
Sinan Şamil Sam
Sinan Şamil Sam (23 iyun 1974, Hamburq, Almaniya Federativ Respublikası – 30 oktyabr 2015, İstanbul) — Almaniya azərbaycanlılarından olan ağır çəkili peşəkar boksçu. Əsli Türkiyənin Qars şəhərindəndir. == Həyatı == Əsli Cənubi Azərbaycandan Amasyanın Penbek kəndinə, oradan da 1926-cı ildə Qarsın Akyaka Şahnalar kəndində yerleşən Oruc Samın nəvəsi idi. Sinan Şamil Sam 1974-cü ildə Almaniyanın Frankfurt şəhərində anadan olub. Həvəskar boks üzrə doqquzqat Türkiyə çempionu olub. 1992-ci ildə dünya çempionu adını qazanıb. 1999-cu ildə böyüklər arasında da dünya çempionu olmağı bacarıb. 15 aprel 2000-ci ildə peşəkar boksa başlayıb. 12 oktyabr 2002-ci ildə polşalı Przemyslaw Saletı məğlub edərək Avropa çempionu olub. "Boğazın buğası" ləqəbi ilə tanınıb.
Sam Mirzə üsyanları
Sam Mirzə üsyanları - Nadir şaha qarşı Səfəvilər sülaləsinə mənsub olduğunu iddia edən 3 nəfər ilk olaraq 1743, ikinci də 1743, üçüncü isə 1747-ci ildə üsyan qaldırdı. == I Sam Mirzə üsyanı == I Sam Mirzə üsyan qaldıran zaman etsi : Özünü Səfəvi şahı Sultan Hüseynin oğlu olaraq elan etdi. Qazıqumuxlu Surxay xanla müttəfiq oldu Yeni Şamaxıya-Ağsuya hücum edərək oraları tutdu. Nadir şahın qoyduğu vergiləri ləvğ etdi. Nadir şahın oğlu Nəsrullah Mirzəylə baş verən Şamaxı döyüşündə məğlub oldu və edam edildi. == II Sam Mirzə üsyanı == II Sam Mirzə 1743-cü ilin sonunda Şirvanda üsyan qaldırdı : Ağsunu tutdu Şabranla-Dərbənd arasında toqquşmalar baş verdi. Ağsu yaxınlığındakı döyüşdə II Sam Mirzə məğlub olaraq Kartli-Kaxetiyə, Gürcüstana qaçdı. Gürcü çarı Teymuraz onu əsir alaraq Əfşarlara geri verdi. == III Sam Mirzə üsyanı == Əhalinin köməyi ilə Təbrizi tutdu Nadir şahın ölümündən sonra yenipullar zərb etdirdi.
Yeli-i Süfla (Kəleybər)
Yeli-i Süfla (fars. يلي سفلي‎) və ya Aşağı Yeli - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 178 nəfər yaşayır (40 ailə).
Yeli-i Ülya (Kəleybər)
Yeli-i Ülya (fars. يلي عليا‎) və ya Yuxarı Yeli - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 163 nəfər yaşayır (35 ailə).